12 İyul 2026
Dünya futbolu

“Trabzonspor” “Arsenal”ın sabiq üzvü ilə anlaşdı

Nikolya Pepe bu gün “Trabzonspor”la rəsmi müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, dünən gecə İstanbula gələn fil dişi sahilili vinger tibbi baxışdan keçdikdən sonra “Qaradəniz” təmsilçisi ilə 1 illik müqaviləyə imza atacaq.

Pepe 2019-cu ildə “Lill”dən 90 milyon avroya “Arsenal”a transfer olaraq tarixin ən bahalı afrikalı futbolçusu olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43