Millimizin baş məşqçisi Canni De Byazi Polşa yığmasında işləmək istəyir.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis bu barədə Polşa Futbol Federasiyasına xəbər göndərib. Ancaq rəhbərlik yığmanı yerli çalışdırıcıların birinə həvalə etmək istəyir.
Polşa millisi sentyabrın 13-də portuqaliyalı Fernandu Santuşla yollarını ayırıb. Canni De Byazinin adı daha əvvəl də bu yığma ilə hallanıb.