“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin və “Səbail”in Müşahidə Şurasının sədri Rauf Vəliyev klubun rəhbər heyəti, məşqçiləri və futbolçuları ilə görüşüb.
İdmanxeber.az-a daxil olan məlumata görə, görüşdə ASCO rəhbərliyi komandanın çıxışından razı olduğunu və daha yaxşı nəticələrə ümid etdiklərini bildirib.
Klub rəhbərliyinin qəbul etdiyi yeni bir qərar isə diqqətdən yayınmayıb. Belə ki, ardıcıl qələbələr qazanan klubun hər bir üzvü artan tempdə mükafatlarını alacaq. Lakin qələbələrin ardından gələcək yenilgidən sonra qazanılacaq hər hansı bir qalibiyyət “premya”sı tam verilməyəcək. Buna qələbədən öncəki alınmış məğlubiyyət səbəb olacaq. Rəhbərlik hər hansı yenilgi olacağı təqdirdə, məğlubiyyətdən sonra əldə olunacaq 3 xalın mükafatını 50% kəsəcək.
Qeyd edək ki, belə bir qayda Premyer Liqa klublarımızın heç birində yoxdu.

