“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda I turda Bakıda Norveç “Molde”si ilə üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb – 1:0.
Qrupdakı digər oyunda isə “Bayer” doğma meydanda “Haken”i darmadağın edib – 4:0
UEFA Avropa Liqası, qrup mərhələsi
I tur
20:45. “Qarabağ” – “Molde” 1:0
Qol: Leandro Andrade, 55
Baş hakim: Con Biton (Şotlandiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

