12 İyul 2026
Ölkə futbolu

“Qarabağ” təzyiq göstərməyi bacaran kollektivdir” – “Molde”nin baş məşqçisi

“Molde” klubunun baş məşqçisi Erlinq Moe  “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları  oyundan sonra mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşü belə şərh edib:

“Qarabağ” qələbəyə layiq idi. Bilirdik ki, “Qarabağ” hücum futbolu oynayır və bizi öndə sıxacaq. Yaxşı təzyiq göstərməyi bacaran kollektivdir. Bunu da gördük. Hər zaman müdafiədən oyun qurmağa çalışıram.

Bu istiqamətdə inkişaf etməliyik. Bunun düzgün yol olduğunu düşünürəm. Hər dəfə uzun toplarla müdafiədən çıxmağı düzgün saymıram. Evdə daha yaxşı oyun göstərəcəyimə inanıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43