14 İyul 2026
Ölkə futbolu

Sumqayıtda heç-heçə, Zirədə iki qol- YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 7-ci tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Sumqayıt” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə sona çatıb – 0:0

Digər görüşdə isə lider “Zirə” “Neftçi”ni qəbul edib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.

23 sentyabr (şənbə)

18:00. “Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər
: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı

“Kapital Bank Arena”

20:30. “Zirə” – “Neftçi” 1:1

Qollar: Yuri Matias, 22 (0:1), Qismət Alıyev, 44-pen. (1:1)
Hakimlər:
 Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev

Zirə OİK stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43