14 İyul 2026
Ölkə futbolu

“Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir”

“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Misli Premyer Liqasının 7-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, o, heç-heçənin (0:0) ədalətli nəticə olduğunu bildirib:

“İkinci hissədə real qol şanslarımız oldu. Onları dəyərləndirsəydik, meydandan 3 xalla ayrıla bilərdik. Amma hesab edirəm ki, heç-heçə ədalətli nəticədir”. 

“Sumqayıt”ın məşqçisi aldığı qırmızı vərəqəyə belə münasibət bildirib: “Mən özüm də başa düşmədim ki, niyə qırmızı vərəqə aldım. Oyunun gərginliyindən 20-30 santimetr xətti keçmək olar. Belədə heç olmasa sarı vərəqə versinlər də. Açığı, tam başa düşmədim. Hakim deyir ki, qaydalarda belədir. Mən 5-6 metr irəliləyib nəyəsə etiraz etsəydim, o zaman qərarı anlayışla qarşılayardım. Bilmədən 20 santimetr xətti tapdalamağa görə qırmızı vərəqə nə dərəcədə doğru qərardır? Sarı verərdi də, qırmızı vərəqəyə ehtiyac yox idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43