Bu gün Misli Premyer Liqasında 7-ci tura start verilib.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Sumqayıt” doğma meydanda “Turan Tovuz”la qarşılaşıb. Görüş qolsuz bərabərliklə sona çatıb – 0:0
Digər görüşdə isə lider “Zirə” “Neftçi”ni qəbul edib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.
23 sentyabr (şənbə)
18:00. “Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı
“Kapital Bank Arena”
20:30. “Zirə” – “Neftçi” 1:1
Qollar: Yuri Matias, 22 (0:1), Qismət Alıyev, 44-pen. (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev
Zirə OİK stadionu

