14 İyul 2026
Dünya futbolu

“Ayaqlarım “Kristiano, bəs edər” deyənə qədər oynayacam”

“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo yaşı ona imkan verdiyi müddətcə futbol oynamağı planlaşdırdığını bildirib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı udlzu oyunçu onun yaşlanması ilə bağlı çıxan iddialara münasibət bildirib:

“Onlar Ronaldonun bitdiyini deyirlər. Amma bu doğru deyil. Ayaqlarım: “Kristiano, bəs edər” deyənə qədər oynamağa davam edəcəyəm. Qarşıda hələ çox şey var. Mən hələ də futbolu və qol vurmağı da sevirəm. Hələ də qalib olmağı sevirəm”.

38 yaşlı portuqaliyalı 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Bu mövsüm Ronaldo bütün turnirlərdə 8 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43