14 İyul 2026
Ölkə futbolu

“Yayda “Neftçi”dən onu transfer etmək istədik, amma…” – Rəşad Sadıqov

“Çox emosianal bir oyun oldu. Rəqib çox istəkli idi. Bu gün fərqli bir “Neftçi” gördüm. Bu bizə topla davranmağa, oynamağa mane oldu. Futbolçularım sona kimi mübarizə apardılar. Ümumən gərgin oyunu şahidi olduq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi” ilə heç-heçədən sonra (1:1) keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 2 xal itirdiklərini yox, 1 xal qazandığlarını düşünür:

“Ardıcil qələbələr qazananda rəqiblər də sənə qarşı xüsusi motivasiya ilə oynayırlar. İlk hissədə hesabda geriyə düşməyimiz, bugünkü “Neftçi”nin daha istəkli olmasına görə, biz bu gün 1 xal qazandığımızı düşünürəm, 2 xal itirdiyimizi yox.

Heyətimizi genişləndirməyə ehtiyac var. Yayda “Neftçi”dən Boqomolskini transfer etmək istədik, amma alınmadı”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43