16 İyul 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi 3 oyunçu ilə müqaviləni yenilədi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hekken” üç futbolçusu ilə müqaviləsini uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, qapıçı Peter Abrahamsson, müdafiəçi Yohan Hammar və yarımmüdafiəçi Samuel Qustafson ilə sözləşmə yenilənib. 

 

Qeyd edək ki, “Qarabağ” qrupda növbəti oyununu məhz “Hekken”ə qarşı keçirəcək. Azərbaycan təmsilçisi rəqibi ilə oktyabrın 5-də səfərdə üz-üzə gələcək. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43