Türkiyə Superliqasında 7-ci turun oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Sivasspor”la 0:0 hesabı ilə heç-heçə edib.
Renat Dadaşov bu görüşə ehtiyatda başlayıb. O, 59-cu dəqiqədə Karlos Strandberqin yerinə meydana daxil olub.
“Hatayspor” 11 xalla (7 oyun) turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, “Sivasspor” 7 xalla 12-cidir.

