UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində sabah keçiriləcək “Mançester Yunayted” – “Qalatasaray” matçı ölkəmizdə də canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı “CBC Sport” kanalı canlı yayımlayacaq. Bundan başqa, Türkiyənin Exxen və Rusiyanın “Match! Football 2” kanalları da sözügedən matçı mavi ekranlara daşıyacaq.
Qeyd edək ki, “Qalatasaray” qrupdakı ilk matçında “Kopenhagen”lə heç-heçəyə razılaşmışdı – 2:2.

