17 yaşlı Endrik Braziliya millisinin heyətində debüt edib.
İdmanxeber.az-ın məlumatına görə, Endrik Braziliyanın tarixində Pele, Edu və Koutinyodan sonra millinin heyətində oyuna çıxan ən gənc 4-cü (17 yaş, 3 ay, 26 gün) oyunçu olub.
Hazırda “Palmeyras”da çıxış edən oyunçu 2024-cü ilin yayından etibarən “Real”da oynamağa başlayacaq. “Kral klubu” onun transferi üçün Braziliya təmsilçisinə 37 milyon avro ödəyib.

