Azərbaycan Kubokunun I təsnifat mərhələsinə yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turu ümumilikdə 1660 azarkeş izləyib. Fanatların daha çox maraq göstərdiyi oyunlar bölgəllərdə baş tutub.
Şəkidə yerli komandanın “Kür Araz”a qarşı oyununu (1:2) 750, “Ağdaş”ın doğma meydanda “Cəbrayıl”ı qəbul etdiyi matçı (0:2) 600 tamaşaçı izləyib.
Digər görüşlərdə qeydə alınan azarkeş sayıları belədir:
Füzuli – Lerik (80 – 0:1)
Qusar – Şahdağ Qusar (70 – (4:5-pen)
Göygöl – Dinamo (50 – 2:1)
Baku Sportinq – Kürmük Qax (50 – 6:0)
Şəfa – Şəmkir – (60 – 1:1)