“Fənərbağça” Salih Özcan üçün israrını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu yanvarda yeni təkliflə “Borussiya”nın (Dortmund) qapısını döyəcək. Ancaq bu transferin baş tutması o qədər də asan görünmür.
Özcan Avropanın digər klublarınından maraq dairəsindədir. Salih 2022-ci ildən “Borussiya”da çıxış edir.
Türkiyəli yarımmüdafiəçi bu mövsüm 11 oyuna çıxıb.