“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt daha bir zədə alıb.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun bir ay yaşıl meydanlardan uzaq qalacağı bilirilib.
“Çelsi”dən 64,2 milyon avroya alınan 24 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 12 oyun keçirib, 1 məhsuldar ötürmə edib.