Gəncə şəhər stadionunun söküntüsü davam edir.
İdmanxeber.az-ın məlumatına görə, söküntü işləri davam edir və artıq yekunlaşmaq üzrədir. Çalışmaların yaxın günlərdə tamamlanması gözlənilir.
Dünən Gəncədə əsən güclü külək isə işləri mane olub. Belə ki, külək stadionun ətrafının hasarlanmasında istifadə edilən taxtaları söküb aparıb.