“Adana Demirspor” baş məşqçi Patrik Kluyvertlə yolları ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis bu ilin yayından Türkiyə klubunu idarə edirdi.
Xatırladaq ki, millimizin qolkiperi Şəhruddin Məhəmmədəliyev də Adana təmsilçisində çıxış edir. “Mavi şimşəklər” 14 turdan sonra 23 xalla 5-ci pillədə qərarlaşıb.