“Qalatasaray” Elif Elması transfer etmək istəyir
İdmanxeber.az “Fanatik”ə istinadən xəbər verir ki, “Napoli”də istədiyi qədər oynaya bilməyən şimali makedoniyalı yarımmüdafiəçi klubdan ayrılmağı düşünür.
Elmas 2019-cu ildə “Qalatasaray”ın əzəli rəqibi “Fənərbağça”dan Neapol klubuna transfer olunub. O, bu mövsüm 14 oyuna çıxıb və 2 qol vurub.
Transfermarkt portalına görə, oyunçunun dəyəri 26 milyon avrodur.