“Milan” Rade Kruniç üçün 10 milyon avro tələb edir.
İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça”nın maraqlandığı bosniya herseqovinalı yarımmüdafiəçinin İtaliya klubuyla müqaviləsi 2025-ci ilin yayında bitir.
İstanbul klubu Kruniçi yanvarda transfer etmək istəyir. Rade bu mövsüm “Milan” formasıyla 14 oyuna çıxıb.