“Milan” Xuan Miranda transferini bitirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə,
İtaliya klubu müqaviləsi gələn ilin yayında bitəcək Mirandanı 2 milyon avro ödəyərək yanvarda heyətinə qatmaq istəyir.
“Milan” ispaniyalı müdafiəçi ilə 2028-ci ilə qədər sözləşmə imzalayacaq.
23 yaşlı sol cinah müdafiəçisi bu mövsüm 12 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.