Klubların avrokubok oyunlaırndan sonra yeni UEFA reytinq cədvəli açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ”ın pley-offa yüksəlməsi cədvəldə irəliləməsinə səbəb olub. “Hekken” üzərində qələbə (2:1) komandanı 59-cu sıraya yüksəldib.
Ağdam təmsilçisi aktivindəki 31.000 xalla bərabər “Fiorentina” ilə birlikdə eyni mövqeyi bölüşür.
UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (141.000) başçılıq edir.