Basketbol üzrə Avroliqanın 14-cü turuna bu gün 3 qarşılaşmayla yekun vurulacaq.
İdmanxeber.az-ın məlumatına görə, Dimitris İtudislə yollarını ayıran “Fənərbağça” Şaras Yasikeviçyusla ilk oyununa çıxacaq. “Sarı-lacıvərdlilər” İstanbulda “Monako”nu qəbul edəcək.
Keçirtdiyi son 4 görüşdən məğlubiyyətlə ayrılan “Fənərbağça”da hədəf yalnız qələbədir. Görüş Bakı vaxtıyla 21:45-də start götürəcək.
Günün digər qarşılaşmaları isə belədir:
23:15 Olimpiakos – Valensiya
23:30 Barselona – Olimpiya Milano