Britaniyanın məşhur “FourFourTwo” futbol jurnalı tarixin ən yaxşı braziliyalı futbolçularının siyahısını dərc edib.
İdmanxeber.az-ın məlumatına görə, 32 futbolçunun yer aldığı reytinqə üçqat dünya çempionu Pele başçılıq edir. İkinci yeri iki dəfə dünya kubokunu qazanmış “Real”ın keçmiş hücumçusu Ronaldo tutub.
İlk “10-luğ”a yalnız hazırda karyerasını davam etdirən bir futbolçu daxil edilib – “Əl Hilal”da çıxış edən Neymar.
Tarixin ən yaxşı 10 braziliyalı futbolçusu:
1. Pele
2. Ronaldo
3. Qarrinça
4. Ronaldinyo
5. Romario
6. Rivaldo
7. Ziko
8. Jairzinyo
9. Neymar
10. Sokrates