26 Dekabr 2024
Dünya futbolu

“Roma” Mourinyo barədə tələsmir

“Roma” rəhbərliyi baş məşqçi Joze Mourinyo ilə müqaviləni yeniləməyə tələsmir.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubunun rəhbərliyi sözləşmənin uzadılmasını müzakirə etməzdən əvvəl ilk olaraq komandanın mövsümün ikinci yarısındakı nəticələrini dəyərləndirmək istəyir.

Daha əvvəl portuqaliyalının özü “Roma”da fəaliyyətini davam etdirmək istədiyini açıqlamışdı.

Portuqaliyalı mütəxəssisin hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43