Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 18-ci turunun yarımçıq dayandırılan “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda işıq dirəyinin aşması zamanı xəsarət alan olmayıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə PFL-in texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov sosial şəbəkə hesabında yazıb: “Tovuzda bədbəxt hadisədə xəsarət alan yoxdur. Azarkeşlər evakuasiya olundu, futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədir”.
Qeyd edək ki, qarşılaşmada “Turan Tovuz” hesab 2:1 öndə idi.