“Dünən üzücü hadisə oldu. Allaha şükür itkisiz, xəsarətsiz başa çatdı. İstəməzdik belə olsun. Hər işdə bir xeyir var. Çətin komandaya qarşı oynayırdıq. “Araz-Naxçıvan” özündən söz etdirən komandadır. Ağır qrafikdə idik. Futbolçularımdan razıyam. Sevindirici haldır ki, bir pillə yuxarı qalxdıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi baş məşqçisi Ayxan Abbasov “Araz Naxçıvan”a qalib gəldikləri (3:1) oyundan sonra deyib.
Abbasov daha sonra sözlərinə belə davam.edib:
“Çempionatın əvvəlindən hədəfimizi demişik. Gələcək üçün iddialı olmaq istəyirik. Bir ildə iddialı ola bilməzsən. Bizdə səhv yanaşma var. Bir çox klublar bunun badına gediblər. Bu gün qarşımıza avrokubok hədəfi qoymamışıq. Bunun üçün bizdən üstdəki klublar qədər büdcəmiz olmalıdır. Hələ ona tələsmirik. Eləyə bilərik. Amma bir yol seçmişik. Avrokuboklara vəsiqə qazansaq, sevinəcəyik. Qazanmasaq da, faciə olmayacaq. Əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir”.