19 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycanlı futbolçu Makedoniya klubuna keçə bilər

Azərbaycanlı futbolçusu Ruslan Hacıyev karyerasını Makedoniyada davam etdirə bilər.

İdamnxeber.az-a verilən məlumata görə, 25 yaşlı oyunçu sözügedən ölkənin “Makedoniya QP” klubunun maraq dairəsindədi. Artıq tərəflər arasında danışıqlara start verilib.

Makedoniyanın əsas liqa təmsilçisi Hacıyevlə müqavilə imzalamaq üçün onu baxışa dəvət edib. Bir müddətdir klubsuz olan Hacıyev fiziki testdən keçə bilsə, “Makedoniya QP” klubu ilə sözləşmə imzalayacaq.

Komanda hazırda ölkəsində 10-cu pillədədir. Ruslanın yanvarın 6-7-si tarixində baxışdan keçmək üçün Makedoniyaya yollanacağı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43