19 Oktyabr 2024
Dünya futbolu

“Everton” belçikalı üçün 60 milyon tələb edir

“Everton” “Arsenal”ın maraqlandığı Amadu Onana üçün 60 milyon avro tələb edir.

İdmanxeber.az-ın məlumatına görə, “topçular” bu məbləği ödəmək fikrində deyil. London klubu danışıqlarla bu məbləği aşağı sala biləcəyinə inanır.

Onana bu mövsüm 22 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43