“Napoli” Matteo Politanonun müqaviləsini uzadır.
İdmanxeber.az-ın məlumatına görə, Neapol klubu 30 yaşlı oyunçuyla 2027-ci ilin yayına qədər yeni sözləşmə imzalayacaq.
Səudiyyə Ərəbistan klubu “Əl-Şahab” italiyalı oyunçuyla maraqlansa da, “Napoli” onu göndərmək istəməyib.
Politano bu mövsüm 25 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

