“Roma” portuqaliyalı baş məşqçi Joze Mourinyoya yeni müqavilə təklif etməyə qərar verib.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubunun rəhbərliyi 2024/25 mövsümünün sonunda komanda Çempionlar Liqasına vəsiqə qazanarsa, təcrübəli mütəxəssisə bir illik müqavilə təklif edəcək.
60 yaşlı Mourinyo 2021-ci ilin iyulunda “Roma”nın başına keçib. Portuqaliyalıların rəhbərliyi altında “canavarlar” 2021/22 mövsümündə Konfrans Liqasının qalibi, 2022/23 mövsümündə isə Avropa Liqasının finalçısı olub.
“Roma” İtaliya A Seriyasında 19 turdan sonra 29 xalla səkkizinci pillədə qərarlaşıb.

