27 Dekabr 2024
İdman

“Araz Naxçıvan”dan yeni transfer

Qış transfer pəncərəsindən maksimum istifadə edən “Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirməyə davam edir. 

İdmanxeber.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, ölkə çempionu bu dəfə braziliyalı futzalçı ilə anlaşıb. “Stolb” mövqeyində oynayacaq Dioqo Auqusto mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün çalışacaq. 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulo” klubunda çıxış edib. 

 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43