Azərbaycanlı futbolçu Ruslan Hacıyevin karyerasını Makedoniyada davam etdirə biləcəyini xəbər vermişdik.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçu bir müddətdir sözügedən ölkənin “Makedoniya QP” klubu ilə danışıq aparır. Hazırda komanda Xorvatiyada təlim-məşq toplanışındadır.
Klubun baş məşçqisi Hacıyevi bir müddətdir hazırlıqlara dəvət etsə də, oyunçu viza problemi səbəbindən Xorvatiyaya yollana bilmirdi. Artıq problem həll olunub.
“Səbail”in sabiq futbolçusu birinci günü komandanın təlim-məşq toplanışına qatılacaq. 25 yaşlı müdafiəçinin performansı məşqçilər heyətini razı salsa, Hacıyevlə yeni müqavilə imzalanacaq.