”Qalatasaray” və “Bavariya” Saşa Boy üçün razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu “sarı-qırmızılar”a fransalı oyunçu üçün 30 milyon avro və əlavə bonuslar ödəyəcək. Bu məbləğ Türkiyə futbol tarixində ən bahalı oyunçu keçidi olacaq.
Boyun sabah Münhendə olub, tibbi baxışdan keçəcəyi gözlənilir.