16 Noyabr 2024
Ölkə futbolu

Rahil Polşa klubunda növbəti matçına çıxdı

Millimizin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubu Türkiyədə növbəti yoxlama oyunu keçirib.

İdmanxeber.az xəbər verir ki, komanda Cənubi Koreya təmsilçisi “Qanqvon”la  qarşılaşıb. Görüş LKS-nin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Məmmədov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə hesab 1:1 olarkən əvəzlənib.

Qarabağ”dan Polşa klubuna keçən Rahil Məmmədovla 1.5 illik müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43