27 Dekabr 2024
Ölkə futbolu

“Hər şey irəlidədir, heç nə bitməyib” – Azər Bağırov

“Çətin oyun oldu. Son üç gündə demək olar ki, məşqşi heyəti olaraq stressdəydik. Qrip virusuna yoluxmuşduq. Çətinliklərimiz oldu. Orta xətt bu gün bizi qane etdi. Əsasən də irəliyə oynayan futbolçularımız”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Qəbələ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“İstəyərdik ki, qalib gələk. Amma alınmayanda, alınmır. Hücumda olan gedişlar alınmadı. Üzülməyə dəyməz. Hər şey irəlidədir, heç nə bitməyib. İkinci hissə Qəbələdə olacaq. Heyətimiz geniş deyil. Oyundan-oyuna komandanı daha yaxşı etmək istəyirik. Düşüncələrimiz oyunlar, nəticə qazanmaqdır. Hər matça nəticə üçün çıxırıq”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43