“Neftçi” daha bir yeniliyə imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, “Top səndə” layihəsini pilot çərçivədə həyata keçirəcək.
“Neftçi” – “Sumqayıt” matçında “ağ-qaralar”ın ilk qolunun müəllifi rəqib qapısından keçirdiyi topu imzalayacaq. İmzalı top klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq.
Satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.