“Kocaelispor”un baş məşqçisi Ertuğrul Sağlam millimizin hücumçusu Ramil Şeydayev barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis oyunçunun komandaya uyğunlaşdığını bildirib:
“Bu həftə Ramil Şeydayevi yavaş-yavaş oynatmağa başlamışıq. Ona imkan yaradırıq. Növbəti matçlarda da oynayacaq. Duhan Aksu oynamağa imkan verəcək fiziki vəziyyətə qayıdır. Cümə gününə qədər bizə daha bir yeni futbolçu qoşularsa, o zaman oyun sistemimizdəki siyahıları tam şəkildə tamamlayacağıq. Super Liqaya çıxmaq uğrunda mübarizəni davam etdirəcəyik”.
Şeydayevli “Kocaelispor”la şənbə günü “Adanaspor”la qarşılaşacaq.