İtaliya çempionatında yanvar ayının ən yaxşı baş məşqçisi bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu mükafatın sahibi Simone İnzaqi olub. 47 yaşlı mütəxəssisin çalışdırdığı “İnter” ötən ay 3 oyunda maksimum nəticə göstərib.
İnzaqi bu mövsüm 2-ci dəfə ayın ən yaxşı məşqçisi seçilib. O, daha öncə oktyabrda da eyni mükafata sahib olub.