20 Sentyabr 2024
Dünya futbolu

“Aston Villa” yamaykalı oyunçusunun müqaviləsini uzadacaq

”Aston Villa” Leon Beylinin müqaviləsini uzatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Birmingem klubu yamaykalı oyunçuyla 2027-ci ilin yayına qədər yeni sözləşmə imzalayacaq.

26 yaşlı Beyli 2021-ci ildə “Bayer”dən “Aston Villa”ya transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 31 oyuna 10 qol vurub və 9 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43