18 Oktyabr 2024
Dünya futbolu

Rahilin debütü uğursuz alındı

Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında 19-cu turun oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Lodzlular mövsümün ikinci yarısının ilk  matçında “Korona Kelçse”nin qonağı olub.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.

Bu nəticədən sonra LKS 10 xalla sonuncu – 18-ci, “Korona Kelçse” 21 xalla 15-cidir.

Xatırladaq ki, ötən ay “Qarabağ”dan Polşa klubuna keçən Rahil Məmmədovla ilyarımlıq müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43