“Braqa” – “Qarabağ” komandaları arasında keçiriləcək ilk oyununun təyinatları bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı danimarkalı baş hakim Morten Kroqa idarə edəcək. Ona Vollenberq Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.
Fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.