”Real” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” 40-50 milyon avroya Alfonso Deyvis transferini bitirməyə yaxındır. “Bavariya” kanadalı cinah müdafiəçisinin müqaviləsinin bitməyinə 1 il qaldığı üçün bu məbləğə razı olacaq.
Deyvis bu mövsüm bütün turnirlərdə 27 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. 23 yaşlı oyunçu 2020-ci ildə Münhen klubuyla Çempionlar Liqasını qazanıb.