Polşa çempionatında 22-ci turun oyunları keçirilib.
İdmanxeber.az məlumat verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Poqon”la qarşılaşıb və 2:4 hesabıyla uduzub.
Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb.
LKS 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

