“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya milli komandasına dəvət edilib.
İdmanxeber.az məlumat verir ki, yığma martın 14-15-də hazırlıqlara start verəcək.
Lunyovdan başqa Matvey Safonov (“Krasnodar”), İlya Lantratov ( “Lokomotiv”) və Aleksandr Maksimenko (“Spartak”, Moskva”) da yığmaya cəlb olunub.
Rusiya martın 21-də Serbiya, 25-də isə Paraqvay ilə qarşılaşacaq.