Bu gün “Qalatasaray”ın qolkiperi Fernando Muslera üçün əlamətdar olacaq.
İdmanxeber.az məlumat verir ki, uruqvaylı qolkiper “sarı-qırmızılar”ın heyətində 500-cü oyununa çıxmağa hazırlaşır. O, bu gün keçiriləcək “Hatayspor”la oyunda bu rəqəmə çatacaq.
Muslera 2011-ci ilin avqustundan “Qalatasaray”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 43 oyuna çıxıb və 17 görüşdə qapısını toxunulmaz saxlaya bilib.
“Qalatasaray” – “Hatayspor” oyunu bu gün Bakı vaxtıyla saat 21:30-da başlayacaq.