“Barselona”da icarə əsasında çıxış edən “Atletiko”nun hücumçusu Joao Feliks baş məşqçi Xavi ilə bağlı açıqlama verib
İdmanxeber.az-ın məlumatına görə, o, ispaniyalı mütəxəssisin postunu tərk etməsi ilə bağlı fikirlərini bölüşüb:
“Məncə, Xavi öz qərarını yenidən nəzərdən keçirməlidir. Onun gözəl ideyaları var və çox gənc məşqçidir. Barselonadakı insanlar onu çox sevirlər”.
La Liqanın 30 turundan sonra “Barselona” 67 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Feliksin kataloniyalılarla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.