30 İyun 2026
İdman

Cüdoçularımızdan tarixi nəticə

Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçirilən Avropa Kata turnirində fəxri kürsüyə qalxıblar.

İdmanxeber.az-ın məlumata görə, yığmanın heyətində İsmayıl Rzayev (tori / hücum edən idmançı) və İbrahim Aslanov (uke / hücum edilən idmançı) bürünc medal qazanıblar.

Onlar böyüklər arasında “Nage-no-Kata” üzrə 353,5 xal toplayaraq buna nail olublar.

Qeyd edək ki, bu, Azərbaycan cüdo tarixində katada əldə edilən ilk medaldır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43