Azərbaycanı Yunanıstanın Lutraki şəhərində keçiriləcək 15 yaşadək güləşçilərin Avropa çempionatında təmsil edəcək idmançılar müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, mayın 15-dən 18-dək təşkil olunacaq qitə birinciliyinə sərbəst güləşçilər start verəcəklər.
Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyevlə Xəqan Süleymanovun rəhbərliyi altında Musa Tağıyev (38 kq), İbrahim Həsənov (41 kq), Abbas Şəfiyev, Əliağa Süleymanov (hər ikisi 44 kq), Fərid Hüseynli (48 kq), Ramal Məmmədoğlu, Rəşid Nazarov (hər ikisi 52 kq), Asim Əliyev (57 kq), Ruslan Vəliyev, Tunar Quliyev (hər ikisi 62 kq), Fərid İsmayılov (68 kq), Nihad Süleymanov (75 kq) və Hakim Tağıyev (85 kq) mübarizə aparacaq.
Qızların yarışında ilk dəfə 7 güləşçi ilə təmsil olunacağıq ki, bu da say baxımından Avropa çempionatlarında Azərbaycan üçün yeni rekorddur. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Məryəm Hacıyeva (36 kq), Gülnar Ağadadaşova (39 kq), Nəzrin Əhmədli (42 kq), Günel Kərimli (46 kq), İnci Abdullayeva (50 kq), Fatimə Bayramova (54 kq) və Fidan Babayeva (57 kq) yarışda iştirak edəcək.
Çempionata yunan-Roma güləşçiləri yekun vuracaq. Böyük məşqçi Əbilfət Məmmədov, məşqçilər İlham Vezirovla Sənan Əlimirzəyevin rəhbərliyi altında Xudayar Kərimov, Ümüd Babayev (hər ikisi 38 kq), Abdulrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 41 kq), Elmir Abbasov (44 kq), Amin Əsgərli (48 kq), Orxan Həbibli (52 kq), Hüseyn Vəlizadə (57 kq), Nihat Məhərrəmov (62 kq), Əli Məmmədov (68 kq), Zöhrab Səfərov (75 kq), Məhəmməd Orucov və Rauf Mütəllimov (hər ikisi 85 kq) Lutrakidə uğur qazanmağa çalışacaq.
Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Mayın 16-da sərbəst, növbəti gün qadın, 18-də isə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulacaq.
Qeyd edək ki, Yunanıstanda III dərəcəli beynəlxalq hakim Eldar Məmmədov ədaləti qoruyacaq.